top of page

COVİD19 həkimləri / COVID19: Doctors

Famil Mahmudbəyli / by Famil Mahmudbeyli

COVID-19-la mübarizə çərçivəsində Azərbaycanda bir çox dövlət xəstəxanaları koronaviruslu xəstələrin müalicəsi üçün bağlanaraq ancaq bu xəstələr üçün ayrılıb.

 

Hospitalın bütün tibb personalı tam gücü ilə səfərbər olub. Bu çətin və şərəfli işdə fədakar həkimlərimizin ən yaxın silahdaşları orta tibb işçiləri olan tibb bacıları da “döyüş meydanı”na atılıblar. İndi koronavirusla mübarizəyə qoşulan bu komandanın üzvləri yeni, daha gərgin iş rejiminə keçərək, evlərinə getmədən, ailələrinə baş çəkmədən gecə-gündüz iş başında, xəstələrin yanındadırlar. 

 

Həyatlarını belə təhlükə altına atan bu insanlar bir məqsədə, bir amala qulluq edirlər: nəyin bahasına olursa-olsun, virusa qalib gələrək yoluxmuş insanları həyata qaytarmaq. Fotolar Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində çəkilib. 

 

As part of the fight against COVID-19, many public hospitals in Azerbaijan have been closed for the treatment of coronavirus patients and reserved only for them.

 

All medical staff of the hospitals was fully mobilized. In this difficult and honorable work, the closest comrades-in-arms of our selfless doctors, the nurses, who are paramedics, are also thrown on the "battlefield". Now the members of this team, which has joined the fight against the coronavirus, have switched to a new, more intense work regime, working day and night with patients without going home or visiting their families.

These people, who risk their lives in this way, serve one purpose: to defeat the virus and bring the infected people back to life at any cost. The photos were taken in the Intensive Care Unit of the Central Customs Hospital.

*** 

 

Fotoqraf haqqında

 

Famil Mahmudbəyli (d. 1979, Azərbaycan) Bakı Kooperasiya Universitetinii bitirmişdir. 2012-ci ildən peşəkar fotoqrafiya ilə məşğuldur. Bakı Jurnalistika məktəbi, İnternews Azerbaijan. RealTv-nin əməkdaşıdır. 

About the photographer

 

Famil Mahmudbeyli (b. 1979, Azerbaijan) graduated from Baku Cooperation University. He has been engaged in professional photography since 2012. Baku School of Journalism, Internews Azerbaijan. He is an employee of RealTV.

bottom of page