top of page

Şəhid Anaları / Mothers of Martyres

İlkin Səlifov / by Ilkin Salifov

Tarix boyu minlərlə müharibə baş vermiş, hər zaman əziyyəti çəkən sonda qadınlar olmuşlar. Bütün yükləri – sosial, maddi və mənəvi çətinlikləri çiyinlərində daşımışlar. Müharibə oğullarımızı, həyat yoldaşlarımızı, atalarımızı, qardaşlarımızı aldı. Çox şükür ki, bu qələbəmiz sayəsində qürür hissi ilə "Vətən sağ olsun!" deyə bilirik.

 

Şəhid ailələri ancaq bununla təsəlli tapırlar. İstər mənəvi, istər maddi, son nəfəsimizə qədər onların qeydinə qalmaq borcumuzdur. Azərbaycan qadını mərddir, lakin hər qadın kimi zərifdir, onları qorumaq lazımdır. Bir də göz yaşı tökülməsin.

Thousands of wars have taken place, and throughout history there have been women who have suffered at the end of time.

They carried all the burdens – social, material and moral difficulties on their shoulders.

The war took our sons, our husbands, our brothers. Thankfully, we can address our Motherland with a sense of pride in our victory. The mother of the martyr finds solace only in this. It is our duty until our last breath to take care of them, both spiritually and materially. As delicate as women are, they need to be protected. Azerbaijani women are brave. They shouldn’tt shed any more tears.

 

*** 

 

Fotoqraf haqqında 

 

İlkin Səlifov (d. 1991, Azərbaycan) iqtisadiyyat ixtisası üzrə Bakı Dövlət Universitetini bitirib. Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Fərqli festival və müsabiqələrin iştirakçısıdır. 2014-cü ildən peşəkar fotoqrafiya ilə məşğuldur. 

Ilkin Salifov (b. 1991, Azerbaijan) graduated from Baku State University with a degree in economics. He is a member of the Azerbaijan Photographers Union. He is a participant of various festivals and competitions. He has been engaged in professional photography since 2014.

bottom of page