Gündəlik iş / Daily Routine
Roman İsmayılov / by Roman Ismayilov
Ağdam rayonu Soğanverdilər kəndinin əkin sahələrində ənənəvi məhsul yığımı həyata keçirilir. Emənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları hədəfə almasına baxmayaraq kənd sakinləri işlərini davam etdirirlər.
Mərmi partlamaları cəbhə ərazisində yaxında eşidilsə də, qadınlar yerekökü yığırdılar. Məhz qadınıarın baş verən hadisəyə belə sakit münasibət, bu inad və cəsarət fotoqrafı maraqlandırdı.
Bu gün Azərbaycan qadını nə olursa olsun işləməyə davam edən bir qadın. Çalışmaq, zarafat etmək üçün güc tapan, başqalarını həvəsləndirən və ruhlandıran qadın. Bilin ki, hər şey yaxşı olacaq.
–
Traditional harvesting is carried out in the fields of Soganverdiler village of Aghdam region. Despite the fact that the Armenian armed forces are targeting settlements and civilians along the frontline, the villagers continue to work.
Although shell explosions were recently heard on the frontline, women were collecting carrots. It was the woman's calm attitude to the incident, their perseverance and courage that intrigued the photographer.
Today, an Azerbaijani woman is a woman who continues to work no matter what happens. A woman who finds the strength to work, to joke, to inspire and inspire others. She knows that everything will be fine.
***
Fotoqraf haqqında
Roman İsmayilov (d. 1991, Ukrayna) Azərbaycan Dövlət İdman akademiyasının Turizm üzrə fakültəsinin məzunudur. 2012-ci ildən peşəkar potoqrafiya ilə məşğuldur. Hal-hazırda Azərtac İnformasiya agentliyinin əməkdaşıdır. Bir çox sərgilərin iştirakçısı və qalibidir. Rumınıya və Rusiyada keçirilən fotoqrafiya fotojurnalistika üzrə seminarlarının iştirakçısıdır.
–
About the photographer
Roman Ismayilov (b. 1991, Ukraine) is a graduate of the Tourism Faculty of the Azerbaijan State Sports Academy. He has been engaged in professional photography since 2012. Currently is an employee of AzerTaj News Agency. He is a participant and winner of many exhibitions. He is a participant in photojournalism seminars in Romania and Russia.