Gəncəyə təcavüz / Ganja Attack
Vəli Şükürov / by Vali Shukurov
Cəbhə zonasından 70 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərində Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 10-u qadın, 9-u uşaq olmaqla, 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən artıq mülki obyektə ziyan dəyib.
Ermənistan 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qsdən hədəfə almaqla, xüsusilə Gəncə şəhərinin yaşayış məntəqələrini raketlərlə (“Toçka-U”, “Smerç”, “Skad”) atəşə tutmağı davam etdirib.
Gəncəyə raket hücumu Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist simasını bir daha bütün dünyaya göstərdi və sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir.
–
As a result of another Armenian military aggression in the densely populated city of Ganja, the second largest city in Azerbaijan, located 70 kilometers from the frontline, 10 people were killed, including 5 women, in apartment buildings inhabited by children, women and the elderly. 34 people were injured, including 9 children. Also, more than 10 apartment buildings and more than 100 civilian objects were damaged.
Armenia violated the requirements of the humanitarian ceasefire declared on October 10, 2020 at 12:00, deliberately targeting the civilian population of Azerbaijan, especially the settlements of Ganja ) continued firing with missiles ("Tochka-U", "Smerch", "Skud").
The rocket attack on Ganja once again showed the anti-human, fascist nature of the Armenian military-political leadership to the whole world and proved that the main target of Armenia is settlements and civilians.
***
Fotoqraf haqqında
Şükürov Vəli (d. 1993, Azərbaycan) Türkiyə Anadolu Dövlət Universitetinin Dizayn fakültəsini bitirb. Embawood şirkətində dizayner vəzifəsində çalışır. 2015ci ildən peşəkar fotoqrafiya ilə məşğuldur. İslam Oyunları, Avropa Oyunları, Formula 1, UEFA, və digər idman yarışlarında fotoqraf olaraq çalışıb. Yerli və xarici sərgii və müsabiqələrin iştirakçısıdır. 2017-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Fotoqrafiyada əsasən Sosial Problemlər və Tarixi abidələr mövzusuna fokuslaşır. Hal-hazırda Dərbənd Universitetində qiyabi olaraq Memarlıq üzrə 2 ci təhsili alır.
–
About the photographer
Shukurov Veli (b. 1993, Azerbaijan) graduated from the Design Faculty of the Anatolian State University of Turkey. He works as a designer at Embawood. He has been engaged in professional photography since 2015. He has worked as a photographer for the Islamic Games, European Games, Formula 1, UEFA, and other sports. He is a participant in local and foreign exhibitions and competitions. He has been a member of the Azerbaijan Photographers Union since 2017. The photographer focuses on Social Problems and Historical Monuments. He is currently studying for a second degree in Architecture at Derbent University