Laçın nənə / Lachin Nene
İlham Mustafa / by Ilham Mustafa
85 yaşlı Laçın nənə bu dəfə qayğı ilə tikdiyi bayrağın Şuşada dalğalanacağını arzu edir. Onun bu şərəfli işə öz köhnəlmiş tikiş maşınında necə nail olduğunu videomuzda izləyin.
29 il öncə Tovuzun Ermənistanla sərhəd kəndlərində dalğalanan Azərbaycan bayrağı ermənilərə göz dağı verib. Həmin dövrdə müstəqilliyini hələ yeni elan edən ölkəmizdə bu dövlət atributunu tapmaq mümkün deyildi. Bu səbəbdən Tovuzda 3 rəngli bayrağımızı tikmək işini Ağdam kənd sakini Laçın Bağırova öz üzərinə götürüb. Onun tikdiyi bayraqlar sərhəd kəndlərinin ən hündür yerlərində dalğalanıb, özünümüdafiə batalyonlarının döyüş bayrağına çevrilib.
Sonralar bu işə ehtiyac olmadığından Laçın nənə tikiş maşınını bir küncə qoyub. Lakin son günlər ordumuzun cəbhədə apardığı uğurlu əməliyyatlar onu da həvəsləndirib. 85 yaşlı Laçın nənə uzun illərdir işlətmədiyi tikiş maşınını yenidən işə salıb. O, bu dəfə tikdiyi bayrağın Şuşada dalğalanmasını arzulayır.
–
The 85-year-old grandmother of Lachin wishes that this time the flag she created with care will be waved in Shusha. Watch our video on how she achieved this glorious work on her outdated sewing machine.
29 years ago, the Azerbaijani flag fluttered in the villages of Tovuz on the border with Armenia. At that time, it was impossible to find this state attribute in our country, which has just declared its independence. For this reason, Lachin Bagirova, a resident of Aghdam village, undertook to create our tricolor flag in Tovuz. The flags she sewed waved at the highest points of the border villages and became the battle flag of the self-defense battalions.
Later, as there was no need for this work, Lachin's grandmother put the sewing machine in a corner. However, the successful operations of our army on the front in recent days have also encouraged her. Granny Lachin, 85, has restarted a sewing machine she has not used in years. This time, she wants her flag to fly in Shusha.
***
Fotoqraf haqqıında
İlham Mustafa (d. 1980, Azərbaycan). Gəncə Dövlət Universitetinin (GDU) Tarix fakültəsini bitiriib. 2002-ci ildən doğmaKosalar kənd orta məktəbində Tarix müəllimidir. Paralel olaraq Sputnik Azərbaycan İnformasiya Agentliyində bölgə müxbiri olaraq fəaliyyət göstərir. Fotoqrafiya sənəti ilə 3 ildir həvəskar olaraq məşğuldur.
–
About the photographer
Ilham Mustafa (b. 1980, Azerbaijan). He graduated from Ganja State University (GSU), Faculty of History. Since 2002, he has been a history teacher at his native Kosalar village secondary school. At the same time, works as a regional correspondent for the Azerbaijan News Agency Sputnik. He has been engaged in photography as an amateur for 3 years.